13 yaşında 3 şirkət quran Britaniyalı biznesmen | Banco.az

13 yaşında 3 şirkət quran Britaniyalı biznesmen

Henri Patterson öz ilk biznesini quranda onun cəmi 7 yaşı var idi.

Bu barədə Banco.az Bizplus.az-a istinadən xəbər verir. O gübrə torbalarının satışına 1 funt sterlinq pul yatırdı. Daha sonra isə Henri eBayda öz online mağazasını yaratdı. Bunun vasitəsilə o təsərrüfat mağazalarından aldığı malları uğurla satmağa başladı. Online alış-veriş gənc biznesmenə 150 funt sterlinq məbləğində gəlir gətirdi.

Hazırda Henri 1987-ci il istehsalı “Uoll-Strit” filmindəki Qordon Qekkonu xatırladır. Belə ki, o “Not Before Tea” adlı şirniyyatlarını satdığı şəxsi online ticarətini yaratdı. Mağazanın fəaliyyət göstərdiyi elə ilk həftədən o 100-dən artıq sifariş aldı və ilk 10 funtunu qazandı. Öz biznesini sıfırdan başlayan gənc biznesmen marketinq sahəsində hələ ki pis nəticələr göstərmir. O, həmçinin mağazasının loqosunu özü dizayn edib və hazırda satışın qiymətləndirilməsini də aparmağı bacarır.

Hazırda Henri Swanbourne House School-dan olan sinif yoldaşlarına böyük fəxrlə öz vizit kartlarını paylayır. Bu kartların üzərində o özünü “kreativ direktor” kimi təsvir etmişdir. Azyaşlı biznesmenin hazırda çox iddialı planları var. Məsələn, o, hətta öz mağazasının baş qəhrəmanlarının da iştirak etdiyi bir film çəkmək arzusundadır. Öz məhsullarını satmaq üçün biznesmen oğlan Pip və Şerbet adlı iki siçan personajlar da fikirləşib.

İndiki dövrdə Henrinin köməyinə anası gəldi və Henri onunla şərik olaraq internet mağazasını idarə edir. Henrinin atası, 52 yaşlı Yulian marketinq mütəxəssisidir. Görünür, bunun oğluna da təsiri olmuşdur. Henrinin dediklərinə görə biznes sahəsində ilk fikirlər ona hələ 5 yaşında ikən gəlmişdir. O deyir: “Mən gübrə satmağa başladım. Onun pis qoxusunun olmasına baxmayaraq mən bu işi çox sevirdim. Şirniyyat mağazasını açdığımı eşidəndə dostlarım buna inanmadılar. Lakin düşünmürəm ki, onlar çox heyrətləndilər, çünki mənim əvvəllər də biznes planlarım olmuşdu”. Henri öz biznesinin perspektivlərinə əmindir və bildirir ki, uşaqların hansı şirniyyatları sevdiyini bir uşaqdan başqa kim daha yaxşı təxmin edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Henri daima eksperimentlər aparır və öz biznesində marketinq üsullarını tətbiq edir. Məsələn, mağazada bütün şirniyyatlar səliqəli bankalarda satılır.

Şirniyyat alanlara həmçinin bonus olaraq qələmlər, habelə xüsusi yapışqan şəkillər də verilir. Bu şəkillər valideynlərə uşaqlarını yatmazdan əvvəl dişlərini fırçalamağa təşviq etmək üçündür. Henri bildirir ki, mən özüm şirniyyat yedikdən sonra dişlərimi fırçalamağa nifrət edirəm, lakin diş həkimimdən bu şəkilləri almağı sevirəm. Bax belə mən bu bonusları tətbiq etməyi qərara aldım. Henri daima satdığı şirniyyatların çeşidlərinin genişləndirilməsi barəsində də düşünür. Buna görə də mağazada qurd, palçıq, yadplanetli kimi qəribə formalı şirniyyatlara rast gəlmək mümkündür.

Henri şirniyyat satışından beş faiz gəlir əldə edir. Bütün pullar onun bankdakı şəxsi hesabına yatırılır. Gənc biznesmen 16 yaşına kimi biznesini inkişaf etdirməyi, daha sonra isə yığdığı pullarla yeni biznes qurmağı planlaşdırır.