Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Ermənistana 23 milyon 450 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, Azərbaycanın ümumi ixracının 0,1%-ni təşkil edib. Eyni dövrdə Ermənistandan Azərbaycana məhsul ixracı 96.5 min dollar dəyərində olub. Qeyd edək ki, 95.5 min dollar idxal sentyabr ayının payına düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!
