Müəllif:Mehin Qasımova,Banco.az
Avropada geosiyasi gərginliyin artması və Fransada genişmiqyaslı etirazların yayılması avronun məzənnəsinə təzyiq göstərib.
Banco.az xəbər verir ki, avro dollar qarşısında 0,5%-ə qədər ucuzlaşaraq 1,1183 dollar səviyyəsinə düşüb.
Daha sonra itkilərinin bir hissəsini bərpa edən valyuta 1,1226 dollar ətrafında ticarət olunub.
Ukrayna ilə bağlı gərginlik və Fransada artan yaşayış xərclərinə qarşı etirazlar investorların narahatlığını gücləndirib.
Fransa hökumətinin büdcə kəsirini azaltmaq üçün gələn ilin büdcəsində 43 milyard avroluq tədbirlər planlaşdırması da diqqət mərkəzindədir.
Bununla belə, qarşıdan gələn prezident seçkiləri və parlamentdəki fikir ayrılıqları maliyyə tədbirlərinin həyata keçirilməsini çətinləşdirə bilər.
Analitiklər Avropadakı siyasi və iqtisadi risklərin avroya təzyiq göstərməyə davam edə biləcəyini bildirirlər.
