Marketinq üçün gündə yalnız 15 dəqiqəyə ehtiyacınız var! | Banco.az

Marketinq üçün gündə yalnız 15 dəqiqəyə ehtiyacınız var!

Marketinq, məşq etməyə bənzər. Heç bir şey etməmək ilə müntəzəm məşq etmək arasında böyük bir fərq vardır. Sahibkarların ümumi olaraq marketinqə vaxtının olmadığını hamımız bilirik. Kiçik müəssisələrin təxminən beşdə birinin sahiblərinin 2017də hər hansı bir digital (rəqəmsal) marketinq planı yoxdur. Planlaşdıranların 49%-i isə öz marketinqlərini həyata keçirir.

Özünüzə hər gün bir neçə dəqiqə ayıraraq, daha yaxşı marketinq öyrənmək üçün dörd ipucu:

1.Planlı şəkildə düşünərək başlayın:

Effektiv marketinq həyata keçirmək üçün bir neçə saatlıq düşünməyiniz lazımdır. Hər gün marketinqinizi necə aparmağınıza dair bir plana ehtiyacınız var. Hədəflərinizin nə olduğunu və onlara çatmaq üçün istifadə edə biləcəyiniz taktikalari müəyyən edin.

Daha çox müştəri tapmağa cəhd edə bilərsiniz. Buna görə hədəf kütlənizin bloqları olduğunu fərz edək. Onların məqalələri haqqında şərh etmək və bəzilərini sosial media üzərindən paylaşmaq çox az bir zamanınızı alacaq.

2. Yalnız bir marketinq fəaliyyəti ilə başlayın:

Başlanğıcda çox variantları aradan qaldırın və yalnız bir marketinq kanalına fokuslanın. Marketinq üçün Linkedln, Quora və ya hər hansı bir Podcast kanalında diqqətinizi cəmləyin. Və ya işinizlə bağlı Facebook qrupları ilə qarşılıqlı əlaqə saxlayın.Məsələn; kiçik müəssisələr, əsasən, hədəf auditoriyası ilə dialoq qurmaq üçün bir e-poçt bülleteninə diqqət yetirirlər, digərləri isə birdən çox sektora xüsusi podcastla görüşərək vaxtlarını dəyərləndirirlər. Bu yanaşma bir müddət vaxt alır. Heç vaxt unutmayın; marketinqdə standart ölçü yanaşması yoxdur.Hansı növ marketinqin sizin üçün doğru olduğunu müəyyən etməlisiniz. Marketinq səylərinizin nəticələrini gördükdən sonra eyni zamanda bir neçə müxtəlif vasitələrlə işləməyə başlaya bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

3. Bir marketinq vərdişi yaradın:

İşlər yaxşı olduğunda marketinqə laqeyd yanaşmayın. Marketinqi tam vərdiş halına gətirmək üçün gündəlik 15 dəqiqəlik marketinq işlərini yerinə yetirin.Marketinqə vaxtınızı ayırdığınızda, hər gün eyni vaxtda işləməyə çalışın. Bu vəziyyətdə gündəlik işlərinizin bir parçası halına gələcəkdir.Bu prosesi mükəmməl etmək, vərdiş yaradarkən marketinq işinə sadiq qalmağınızı təmin edəcəkdir. Bir proses seqmentini avtomatlaşdırmaq və ya müəyyən bir prosesi yerinə yetirməyin alternativ yollarını tapmaq üçün araşdırmaq və ya bəzi tətbiqləri almaq lazım gələ bilər.Bundan asılı olmayaraq, marketinqə sərmayə qoyun. İşinizdə narahat edici problemləri və ya axsaqlıqları təyin etməyə və aradan qaldırmağa çalışın.

4. Özünüzü mükafatlandırın:

Günlük marketinq vərdişinizi qazandıqdan sonra davamlılığını təmin etmək üçün özünüzü mükafatlandırın. Məsələn, şokoladla mükafatlandıra bilərsiniz özünüzü, ancaq sizin irəliləmənizə daha çox dəstək olmaq üçün marketinq investisiyanızı biraz genişləndirməyinizi tövsiyyə edirik.800 abunəçisi olan bir e-poçt siyahısı yaratdıysanız və ya altı ay ərzində biznesinizi uğurla davam etdirmiş olsanız, reklam səylərinizi inkişaf etdirmək və ya cəhd etmək istədiyiniz yeni bir taktika ilə hərəkət etmək üçün büdcənizin bir hissəsini sərf edə bilərsiniz. Hər yeni müvəffəqiyyətlə, tədricən təşkilatınızın uzunmüddətli marketinq planlarını genişləndirin.

Tərcümə: Güllü Nağıyeva