"SOCAR Balakhani" şirkəti yaradılıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"SOCAR Balakhani" şirkəti yaradılıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in tələblərinə uyğun olaraq yeni şirkət - "SOCAR Balakhani" MMC-ni yaradıb.

Yeni kommersiya qurumu bu il iyunun 19-da SOCAR-la eyni hüquqi ünvanda Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121-də dövlət qeydiyyatına alınıb.

Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Bağırov Natiq Orucqulu oğludur.

Cəmiyyətin yaradılmasında əsas məqsəd Sazişin tələbləri çərçivəsində podratçı qismində çıxış edəcək SOCAR-ın ortaq neft şirkətinin Saziş üzrə müəyyən edilmiş İştirak Payı həddində hüquq və öhdəliklərinin icrasını təmin etməkdir. Şirkət Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blok üzrə Saziş çərçivəsində SOCAR-ın ortaq neft şirkəti kimi fəaliyyət göstərəcək və müəyyən edilmiş iştirak payı çərçivəsində müvafiq hüquq və öhdəlikləri həyata keçirəcək.