Bitkoin ilk dəfə mütəşəkkil maliyyə bazarında alqı-satqı etmək hüququ qazanıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bitkoin ilk dəfə mütəşəkkil maliyyə bazarında alqı-satqı etmək hüququ qazanıb

Oktyabrın 20-də "LedGerX" klirinq evi "CoinDesk" və bəzi media qurumlarına öz ticarət platformasında bitkoinlə törəmə maliyyə aləti əməliyyatı keçirdiyinə dair məlumat verib.

"Report" "CoinDesk.com" saytına istinadən xəbər verir ki, bu qərar kriptovalyuta bazarına institusional investorların cəlb edilməsinə və hətta ilk "bitcoin-ETF"-ni, yəni bitkoin ekvivalentində birja investisiya fondunun səhmlərini buraxmağa səbəb olacaq.

"LedGerX"a görə, onun platformasında artıq 1 mln. dollar həcmində 176 bitkoin svop və opsiya əməliyyatı keçirilib. "LedGerX"ın rəhbəri Pol Çu bildirib ki, "bu həftə yeni şəffaflıq, nəzarət və inam standartı yaranıb. Artıq institusional investorlar və sadə treyderlər bitkoinlə zəmanət verilmiş klirinq və hesablaşma əməliyyatlarına güvənə bilərlər".