“BAŞAK-İNAM SIĞORTA ŞİRKƏTİ” ASC-NİN LİSENZİYASI LƏĞV OLUNDU | Banco.az

“BAŞAK-İNAM SIĞORTA ŞİRKƏTİ” ASC-NİN LİSENZİYASI LƏĞV OLUNDU

 Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 06 oktyabr 2017-ci il tarixli Qərarına əsasən “Başak-İnam Sığorta Şirkəti” ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilmişdir.

Palata tərəfindən qeyd olunan qərar “Başak-İnam Sığorta Şirkəti” ASC-nin   2017-ci ildə təqdim edilmiş hesabatlarınaəsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilib. 

Ən sərfəli kredit üçün müraciət et

06 oktyabr 2017-ci il tarixdən lisenziyası ləğv olunmuş “Başak-İnam Sığorta Şirkəti” ASC-yə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvəqqəti inzibatçısı təyin edilmişdir.