ABŞ-də istehsalçı qiymətləri 4 ildən çox müddətin ən yüksək səviyyəsinə çatıb | Banco.az

ABŞ-də istehsalçı qiymətləri 4 ildən çox müddətin ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-də istehsalçı qiymətləri 4 ildən çox müddətin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, ABŞ-də İstehsalçı Qiymətləri İndeksi (İQİ) sentyabr ayında illik ifadədə 6,3 faiz artaraq proqnozları üstələyib. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçılar artımın 5,4 faiz olacağını gözləyirdilər. Avqust ayında ÜFE 5,6 faiz artmışdı.

İndeks aylıq ifadədə isə 1,3 faiz yüksəlib. Gözlənti 0,6 faizlik artım idi.

Ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablanan ÜFE ötən ay 0,7 faiz artıb. Proqnoz 0,3 faiz təşkil edirdi. Baza İQİ-si illik ifadədə 5 faiz yüksəlib. İqtisadçılar bu göstəricinin 4,4 faiz olacağını gözləyirdilər.

Sentyabrda enerji qiymətləri 10,8 faiz, nəqliyyat və anbar xidmətlərinin qiymətləri isə 3,4 faiz artıb. Ərzaq qiymətlərində 1,2 faizlik yüksəliş qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram