“Azərkosmos” xaricdə müştəri xidmətlərinə hüquqi dəstək verməyə hazırlaşır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Azərkosmos” xaricdə müştəri xidmətlərinə hüquqi dəstək verməyə hazırlaşır

“Azərkosmos” ASC xarici ölkələrdə müştəri xidmətlərinə hüquqi dəstək vermək üçün kotirovka sorğusu elan edib.

Dövrü mətbuata istinadən verilən məlumata görə, şirkətlər sorğuda iştirak etməyə dəvət olunur.

Xarici ölkələrdə müştəri xidmətlərinə hüquqi dəstək xidmətini (Türkiyə, Gürcüstan və Ərəbistan yarımadasının ölkələri) təşkil etmək marağında olan hüquq şirkətin qiymət kotirovkası 21 sentyabr saat 18:00-a qədər Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi,72, M5 nömrəli ünvanda yerləşən “Azərkosmos” ASC-yə təqdim olunmalıdır.

Təkliflər paketi 22 sentyabr saat 12:00-da qeyd olunan ünvanda açılacaq.

Mənbə: Report.az