Sentyabrda pul qazanmaq üçün təkcə məktəb ləvazimatlarının alqı-satqısı ilə məşğul olmaq şərt deyil. Forex Club onlayn investisiya və treydinq şirkətin bildirir ki, dünya birjalarında mövcud bir sıra maliyyə alətləri bu ay sizə yaxşı gəlir gətirə bilər.
Hazırda bir çoxları səbrsizliklə sentyabr ayının 12-ni gözləyir. Məhz həmin gündə Apple şirkəti iPhone 8 smartfonlarını dünya ictimaiyyətinə təqdim etməyə hazırlaşır. Azərbaycanda da iPhone fanatları kifayət qədərdir. Lakin ekspertlər Apple şirkətinin yeni smartfonunu almazdan əvvəl, onun səhmlərini almağı məsləhət görürlər. Belə ki, ötən illərə nəzər saldıqda, əksər hallarda təqdimat mərasimlərindən sonra Apple səhmlərinin bahalaşdığını müşahidə edə bilərik. Məsələn, ötən il 7-ci nəsil smartfonların təqdimatından bugünədək ötən bir il ərzində şirkətin qiymətli kağızları 50%-dən də çox bahalaşıb. Təqdimatdan bir gün öncə qiyməti 107 dollar olan Apple səhmləri hazırda 162 dollara satılır.
Nvidia kimi videokart istehsalçılarının səhmləri də sizə yaxşı qazanc gətirə bilər. Son dövrlərdə virtual valyutaların mayninqi ilə əlaqədar videokartlara tələbat artıb. Təkcə onu qeyd etmək kifayətdir ki, düz iki il öncə 22 dollara olan Nvidia səhmləri artıq 166 dollara satılır. Şirkətin cari ilin ikinci rübü üzrə maliyyə hesabatı bütün gözləntiləri üstələyib. Analitiklər növbəti rüblük hesabatın da sensassiya doğuracağına əmindirlər. Bundan əlavə, Nvidia xüsusi olaraq mayninq üçün yeni model videokartların istehsalına hazırlaşır ki, bu da öz növbəsində şirkət səhmlərinin dəyərinə müsbət təsir göstərəcək.
Forex Club analitiklərinin fikrincə, bu ay bahalaşacaq səhmlərdən biri də Oracle şirkətinin qiymətli kağızlarıdır. Bazar iştirakçıları ikinci rüb üzrə maliyyə hesabatını səbrsizliklə gözləyirlər. Sözügedən səhmlərlə bağlı artıq 27 analitik mərkəz proqnoz verib.Onlardan 19-u Oracle qiymətli kağızlarının alınmasını tövsiyə edir.
Mənbə: Bizplus.az