Azərbaycanda elmi ixtira müəlliflərinə mənfəətdən 25%-dək mükafat ödənilə bilər | Banco.az

Azərbaycanda elmi ixtira müəlliflərinə mənfəətdən 25%-dək mükafat ödənilə bilər

Azərbaycanda tətbiq edilən elmi ixtiradan sahibkar gəlir əldə etdiyi təqdirdə, onun mənfəətinin azı 5%, ən çox isə 25%-i elmi ixtiranın müəllifinə verə bilər. 

Bu təkliflə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev çıxış edib.

M.Musayev elm adamları ilə sahibkarların daha sıx əməkdaşlıq etməli olduğunu vurğulayıb: "Elmin biznesə tətbiqini olduqca əhəmiyyətli hesab edirik. Məsələn, ötən il bizimlə əməkdaşlıq edən şirkətə toxum əkilməsi üçün Türkiyə, Yunanıstan və Almaniyadan müxtəlif şirkətlər müraciət edib. Bizim alimlərin də bu cür təcrübə aparması çox yaxşı olardı".

Ən sərfəli kredit üçün müraciət et

"Sahibkarlar alimlərlə yaxından əməkdaşlıq etməyə hazırdırlar", - deyə ASK rəhbəri əlavə edib.

Mənbə: Report.az