"Nvidia" süni intellekt platforması "Hugging Face"i 13 milyard dollara satın alır | Banco.az

"Nvidia" süni intellekt platforması "Hugging Face"i 13 milyard dollara satın alır

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Nvidia" süni intellekt platforması "Hugging Face"i 13 milyard dollara satın alır.

Banco.az xəbər verir ki, dünyanın ən böyük çip istehsalçısı "Nvidia" süni intellekt startapı "Hugging Face"i təxminən 13 milyard dollara satın almaq barədə razılığa gəlib.

"Nvidia" açıqlamasında "Hugging Face"in platformasını açıq saxlayacağını və startapın mövcud tətbiqləri ilə uyğun şəkildə fəaliyyətini davam etdirəcəyini bildirib.

Açıqlamada qeyd olunub ki, bu öhdəlik çərçivəsində "Hugging Face" model istehsalçılarına, tərtibatçılara və istifadəçilərə istədikləri modelləri və məlumat dəstlərini yükləməyə və endirməyə imkan verməyə, həmçinin digər çip istehsalçılarını dəstəkləməyə davam edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram