“Faiz dərəcələrində əsas trend inflyasiya gözləntiləri, onun dinamikasıdır. Ötən ilin 4 ayı ilə müqayisədə inflyasiya aşağıdır”.
Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
E.Rüstəmovun sözlərinə görə, may ayının monitorinqi inflyasiyanın azaldığını göstərir:
“Belə olan şəkildə, bütövlükdə faiz dərəcəsinin azaldılması, bir qədər yumşaldılması məsələsi aktuallaşır.
İyunun ortalarında Mərkəzi Bankın Komitəsinin iclası olacaq və o zaman bu, əsas müzakirə mövzusu olacaq”.
Qeyd edək ki, 14 sentyabr 2016-cı ildən etibarən Azərbaycanda uçot dərəcəsi 15%-dir.
Mənbə: Report.az