Ağıllı telefonların sayı hər keçən gün artdıqca, onlar üçün hazırlanan telefon örtükləri də ağıllı hala gətirilməyə başlanılır. Bu günə qədər telefon örtüklərindən gözlədiyiniz yalnız telefonunuzun rənginə uyğun olmağı idi, indi isə təqdim olunan cihaz sizin üçün qəhvə hazırlayacaq.
Qəhvə sevərlər üçün rahat bir aksesuar vəzifəsini yerinə yetirməyi hədəfləyən Mokase, qəhvə hazırlayan ilk telefon örtüyüdür. Miniatür bir espresso maşını olaraq çalışan bu yaradıcı telefon qabı, öz içərisində bir batareyaya və xüsusi kapsula sahibdir. Bu kapsulu su mənbəyi olaraq istifadə edən və özünə xüsusi bir tətbiqdən tək bir toxunuşla, nəzarət edilərək saniyələr ərzində 25 ml'lik bir espresso hazırlaya bilir.
Hər kəsin marağına səbəb olan Mokase, hal-hazırda Kickstarter platforması üzərindən vəsait toplama mərhələsindədir. Əgər Mokase lazımi məbləği toplaya bilsə, gələcəkdə startapçılar "Mocca" adı veriləcək bir telefon örtüyü də istehsal edəcəklər.
Mənbə: Trend.az