Kredit sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb | Banco.az

Kredit sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda kreditlərin sığortası üzrə yığımların məbləği 3 milyon 190 min manat təşkil edib.

Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 312 min manat və ya 10.8% çoxdur.

Sığorta ödənişlərinin məbləği isə illik müqayisədə 27.7% azalaraq 34 min manata enib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında bu növ üzrə yığımların məbləği 2.9 milyon manat, ödənişlərin məbləği isə 47 min manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram