Dünya Bankı: Azərbaycan iqtisadiyyatı geriləyəcək | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Dünya Bankı: Azərbaycan iqtisadiyyatı geriləyəcək

Bu il Azərbaycanda iqtisadi geriləmə 1,4% olacaq. Bu barədə Dünya Bankının (DB) bu gün açıqladığı Avropa və Mərkəzi Asiya regionu üzrə "Keçid dövründə ticarət" adlı hesabatında qeyd olunub.

Bankın proqnozlarına əsasən, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı 0,6% artacaq.

Qeyd edək ki, DB bundan öncə 2017-ci ildə Azərbaycanda 1,2%-lik geriləmə, 2018-ci ildə isə 2,3%-lik iqtisadi artım proqnozlaşdırılıb.

Bank hesab edir ki, 2017-ci ildə Azərbaycanda illik inflyasiya 7,8%, növbəti il isə 4,2% təşkil edəcək. Bundan öncə DB 2017-ci ildə ölkədə inflyasiyanın 5% təşkil edəcəyini proqnozlaşdırıb.

Mənbə: Apa.az