Rabitəbank
"Biznes proseslərinin idarə edilməsi" şöbəsinin rəisi/ baş mütəxəssisi
Vakansiya haqqında məlumat:
Namizədə olan tələblər:
- Ali təhsilli;
- Biznes proseslərinin idarə edilməsi sahəsində və yaxud bankda daxili audit, risk və nəzarət strukturlarında azı 3 illik iş təcrübəsi;
- Bank fəaliyyətini tənzimləyən qanunvericiliklə tanış olması;
- Rəhbərlik və idarəetmə bacarığı;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
- Yüksək kommunikasiya və yazılı ünsiyyət qabiliyyəti;
- Normativ xarakterli sənədlərin (prosedurların, qaydaların, təlimatların və s.) peşəkar yazılması bacarığı;
- Analitik düşüncəyə malik olması;
- Yüksək öyrənmə qabiliyyəti;
- Azərbaycan dilini səlis bilməsi, ingilis və ya rus dillərini yüksək səviyyədə bilməsi;
- MS Word, Excel, Visio proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
Əsas vəzifələri:
- Biznes proseslərinin müəyyən edilməsi və ya onların optimallaşdırılması;
- Müəyyən edilmiş və ya optimallaşdırılması təklif olunan biznes prosesləri üzrə metodologiyanın (normativ sənədlər, texniki tapşırıqlar və s.) hazırlanması;
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.
Əlaqə vasitələri:
E - mail : career@rabitabank.com
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33