Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları üçün açıq valyuta mövqeyinin normativi 3%-dək azaldılmayacaq.
Bunu açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) şöbə müdiri Rüstəm Tahirov deyib.
R.Tahirovun sözlərinə görə, hazırda Palata bu məsələ ilə bağlı kommersiya bankları ilə danışıqlar aparır: "Banklarla aktiv danışıqlar aparırıq və deyim ki, bu rəqəm 3% həddində deyil, daha yüksək həddə olacaq".
Xatırladaq ki, hazırda bu normativ 10% təşkil edir.
Mənbə: Report.az