Neft Fonduna 125 mlrd. dollar daxil olub | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Neft Fonduna 125 mlrd. dollar daxil olub

Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından 2016-cı ildə ümumilikdə 5,164 mlrd. ABŞ dolları həcmində vəsait daxil olub.

Fonddan "Report"a verilən məlumata görə, bu məbləğin 5,1 mlrd. dolları AÇG-dən mənfəət nefti, 64 mln. dolları isə "Şahdəniz" yatağından mənfəət qazının satışından əldə olunub.

Ümumilikdə, 2001-ci ildən 2017-cı il yanvarın 1-dək ARDNF-ə AÇG-dən 122,109 mlrd. dollar, 2007-ci ildən "Şahdəniz" yatağından isə 2,506 mlrd. dollar vəsait daxil olub.

Beləliklə, ümumilikdə iki layihədən Dövlət Neft Fonduna 124,615 mlrd. dollar vəsait daxil olub.

©Report