Məlum olduğu kimi, dünən axşam saatlarında ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) Direktorlar Şurası 2016-cı ildə ilk dəfə olaraq baza faiz dərəcəsini 0,25-0,5-dən 0,5-0,75 faizədək artırdı.
Ekspertlərə görə, FED uçot dərəcəsini artırması bütün dünyaya olduğu kimi, Azərbaycana da təsirsiz ötüşməyəcək.
Belə ki, bir tərəfdən dollar bahalaşaraq inkişaf etməkdə olan ölkələrin valyutaları kimi manatı da ucuzlaşdıracaq, digər tərəfdən möhkəmlənən ABŞ valyutası neftin qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq.
Qeyd edək ki, artıq dünya bazarında dolların məzənnəsinin möhkəmlənməsi prosesi sürətlənib və nəticədə əksər valyutalar ABŞ pulu ilə müqayisədə ucuzlaşmaqdadır.
FES-in bu qərarının doğura biləcəyi problemləri indidən görənlər isə, öz fikirlərini sosial şəbəkələrdən bölüşüb. Sizlərə həmin paylaşımları və insanların fikirlərini təqdim edirik:
Qeyd edək ki, sonuncu dəfə faiz dərəcəsi 2015-ci ilin dekabrında artırılıb.