Azərbaycanda bankların mərkəzləşmiş kredit öhdəlikləri 2,27% artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda bankların mərkəzləşmiş kredit öhdəlikləri 2,27% artıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Mərkəzi Banka (AMB) olan məcmu öhdəlikləri sentyabr ayının 1-nə 7 254,1 mln. manat təşkil edib.

AMB-nin verdiyi xəbərə görə, öhdəliklərin həcmi avqustun 1-nə olan göstərici ilə müqayisədə 161 mln. manat və ya 2,27%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4 302,7 mln. manat və ya 2,46 dəfə artıb. 

İlin əvvəlinə nisbətən isə kommersiya banklarının AMB-yə öhdəlikləri 1 879,1 mln. manat və ya 34,96% artım göstərib. Artım əsasən banklara verilən dollar kreditləri hesabına yarandığı ehtimal edilir. Məhz avqust ayında manat dollarla müqayisədə 3% ucuzlaşıb.

Mənbə : report.az