Azərbaycanın sığorta bazarında monitorinq aparılır | Banco.az

Azərbaycanın sığorta bazarında monitorinq aparılır

 Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının qərarına əsasən, sığorta vasitəçiləri və sığortaçıların satış nümayəndələrinin sığorta qanunvericiliyinə riayət etmələrinə dair geniş monitorinq aparılıb.

 "Report" Palataya istinadən verdiyi xəbərə görə, monitorinq zamanı aşkar edilmiş qanun pozuntularına görə 7 sığorta vasitəçisinə təqdimat, 10 sığorta vasitəçisinə isə xəbərdarlıq verilib.

Ən sərfəli kredit üçün müraciət et

Xəbərdarlığın verilməsinə səbəb monitorinq zamanı aşkar edilmiş icbari sığorta qanunvericiliyinə əməl edilməməsi, lisenziyasız vasitəçilik fəaliyyətinin göstərilməsi, icbari sığorta şəhadətnamələrində məlumatların düzgün əks etdirilməməsi və digər pozuntu faktları olub.

Monitorinq tədbirləri çərçivəsində sığorta vasitəçiləri ilə bağlı yaranan risklərə nəzarətin gücləndirilməsi ilə əlaqədar olaraq Palata tərəfindən sığortaçılara müvafiq tapşırıqlar verilib.