Bank “BTB” dan ƏN YENİ vakansiyalar! | Banco.az

Bank “BTB” dan ƏN YENİ vakansiyalar!

Məlumat təhlükəsizliyi şöbəsinin Baş Mütəxəssisi

Bank “BTB” ASC Məlumat təhlükəsizliyi şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

İş barədə məlumat:

1.    Bankın informasiya texnologiyalarının təhlükəsizliyini təşkil edir, bu sahədə beynəlxalq və dövlət standartlarına uyğun olan siyasətləri və konsepsiyaları hazırlayıb, tətbiq edir.
2.    Bankın informasiya sistemlərinin və korporativ şəbəkəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istifadəçilərin həmin sistemlərə və şəbəkəyə buraxılış dərəcəsini müəyyən edir, müvafiq profaylları və şablonları yaradır.
3.    Bankda mövcud olan informasiya sistemlərinin və korporativ şəbəkənin əsas komponentlərinin fiziki və informasiya təhlükəsizliyi tədbirlərini hazırlayıb tətbiq edir.
4.    Bankda mövcud olan bütün informasiya sistemlərinin və korporativ şəbəkənin işə davamlığını, fiziki və informasiya təhlükəsizliyinin səviyyəsini mütəmadi olaraq təhlil edir, aşkar olunan problemlərin aradan qaldırılmasını təmin edir.
5.    Bank sirri xarakterini daşıyan məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə informasiya təhlükəsizliyi sistemlərinin imkanlarından istifadə edərək, Bankda aparılan məlumat mübadiləsinə nəzarəti təmin edir.
6.    Bank sirri xarakterini daşıyan məlumatların konfidensial saxlanılması məqsədi ilə mövcud profaylların və parolların qorunması, eləcə də kənar şəxslərin onlardan istifadə etməsinin qarşısının alınması istiqamətində təhlükəsizlik tədbirlərini həyata keçirir.
7.    Əsas və ehtiyat SWİFT-modullarının və onlara bağlı şifrlənmə sistemlərinin davamlı işini təmin edir.
8.    Təcili pul köçürmə sistemləri, SWİFT, mövcud olan və perspektivli milli və beynəlxalq informasiya sistemləri üçün müvafiq elektron açarlarının, parolların, sertifikatların və s. təhlükəsizliyini və yenilənməsini təmin edir.
9.    Bankda tətbiq olunan yeni proqram və aparat təminatının təhlükəsizlik standartlarına uyğun işləməsinə nəzarəti həyata keçirir.
10.    Bankın əməkdaşları tərəfindən məlumat təhlükəsizliyinə riayət olunmasına nəzarəti həyata keçirir.
11.    Bankın əməkdaşları tərəfindən məlumat təhlükəsizliyinin pozulmaması üçün maarifləndirici və qabaqlayıcı tədbirlər görür, müntəzəm təlimlər keçirir, onların məlumat təhlükəsizliyi üzrə məsuliyyətlərini izah edir.

Namizədə tələblər:

  •  Təhsili: Ali;
  •  Bildiyi dillər: Azərbaycan, Rus və İngilis dili; 
  •  Məxfi məlumatları qoruya bilmə qabiliyyəti;
  •  Analitik qabiliyyət;
  •  Kompüter proqramları və texnologiyalar:

- MS Windows9x/200/XP/Server 2003/2008/12 Active Directory, DHCP, DNS, Terminal Server, Exchange Server 2000/2003, ISA Server2006/TMG ,SUS, WSUS, IIS, FTP, IAS, Proxy. WAN, LAN, VLAN, NAT, Firewall, VOIP, ISDN, ACL, AAA, IPSEC, VPN, X25, IP, Frame Relay, ISO 27001, 27003.

  • İş təcrübəsi ən azı 5 il;
  • Sertifikatlar;
  • Dəqiqlik;
  • Operativlik;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 May, 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Məlumat təhlükəsizliyi şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Baş hüquqşünas

Bank “BTB” ASC Baş hüquqşünas vəzifəsinə işə qəbul elan edir.

İş barədə məlumat:

Ən sərfəli kredit üçün müraciət et

1.    Bank tərəfindən müqavilələrin hazırlanmasında iştirak edir;
2.    Bankın adından bağlanılan bütün növ əqdlərin standart formalarını hazırlayır, onlara əlavə və dəyişiklikləri edir;
3.    Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırır .
4.    Bank tərəfindən bağlanılarn müqavilələrə rəy verir;
5.    Bankın fəaliyyətində yol verilən qanun pozuntusu ilə bağlı daxil olan şikayət, ərizə və digər müraciətlərə baxır; 
6.    Bankın fəaliyyətində yaranan hüquqi məsələlər ilə bağlı rəylər verir və hüquqi yardım göstərir;
7.    Dövlət və ictimai təşkilatlarda hüquqi məsələlərə baxılmasında bankın maraqlarını təmsil edir;
8.     Bankın fəaliyyətində qanunçuluğun təmin edilməsində və onun qanuni  maraqlarının müdafiə edilməsi üzrə departamentin işində iştirak edir; 
9.     Bank üçün hüquqi əhəmiyyətli nəticələr yaradan bütün sənədlərin  hüquqi ekspertizasını aparır;
10.    Müştərilərin yazılı və şifahi müraciətlərinin müvafiq normativ aktda    göstərilən müddətdə və qaydada toplayır, baxır və cavablandırır;
11.    Baxılan müraciətlərə dair statistikanı aparır və ümumiləşdirir;
12.    Müştərilərin hüquqlarının, qanuni mənafelərinin və etik davranış qaydalarının pozulması hallarının aşkarlarlanması üçün araşdırmalar aparır;
13.    Müştərilərin müraciətləri ilə əlaqədar Mərkəzi Bankın sorğularını araşdırır və cavablandırır;
14.    Müraciətlərin reyestrdə qeydiyyatını aparır
15.    Müştəri müraciətlərinin əsas səbəblərinə dair statistikanın  aparılmasının nəticələri barədə Departament direktoruna hesabatlar təqdim edir;
16.    Müştərilərin hüquqlarının, qanuni mənafelərinin qorunması və etik davranış qaydalarında çatışmazlıqların aradan qaldırılması istiqamətində Departament direktoruna müvafiq təkliflər hazırlayır.

Namizədə tələblər:

  • ali hüquqi təhsil;
  • bank və digər kredit təşkilatlarında hüquq sahəsində ən azı 2 il təcrübə;
  • dəqiqlik bacarığı;
  • hüquqları müdafiə edə bilmə bacarığı; məsləhət vermək bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  30.05.2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Baş hüquqşünas)  göstərməyiniz xahiş olunur.

Kredit portfelinə nəzarət şöbəsinin baş mütəxəssisi

Bank “BTB” ASC Kredit portfelinə nəzarət şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

İş barədə məlumat:

•    Kredit portfelinə gündəlik nəzarəti həyata keçirmək; 
•    Müvafiq hesabatlar hazırlamaq;
•    Kredit portfelinin MKR xidmətinə inteqrasiya olunmasını həyata keçirmək;
•    Kredit portfeli üzrə  planların yerinə yetirilməsi işində filiallara nəzarət etmək, zəruri hallarda dəstək vermək;.
•    Birbaşa rəhbəri tərəfindən  həvalə edilmiş tapşırıqları yerinə yetirmək;
•    Kredit limitləri ayrılarkən öz təkliflərini  Kreditlərə nəzarət departamentinin direktoruna vermək.

Namizədə tələblər:

•    ali iqtisadi təhsil
•    kredit sahəsində azı 1 il bank təcrübəsi
•    analitik qabiliyyət
•    səmərəli ünsiyyət qurma bacarığı
•    komandada işləmə qabiliyyəti
•    Microsoft Office proqramlarında işləmə qabiliyyəti
•    Bank qanunvericiliyi üzrə zəruri biliklər.
•    məsuliyyət

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  30.05.2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kreditlərə nəzarət departamentinin baş mütəxəssisi)  göstərməyiniz xahiş olunur.