Elman Rüstəmovdan pul kütləsi ilə bağlı açıqlama | Banco.az

Elman Rüstəmovdan pul kütləsi ilə bağlı açıqlama

Manat üzən məzənnəyə keçdikdən sonra Azərbaycan Mərkəzi Bankının əsas məqsədi pul kütləsinin proqnozlaşdırılmasından ibarətdir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

E.Rüsəmov bildirib: "Bu bizə inflyasiyaya, eləcə də pul kütləsi vasitəsilə manatın məzənnəsinə təsir göstərməyə imkan verir".

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, Mərkəzi Bankın ilin sonu üçün artıq müəyyən hədəf göstəriciləri var: "Bizim artıq inflyasiya və maliyyə sabitliyi göstəriciləri üzrə, eləcə də ümumilikdə makroiqtisadi sabitlik üzrə müəyyən hədəflərimiz var".

E.Rüstəmovun sözlərinə görə, hazırda Azərbaycanda çox yaxşı koordinasiya olunmuş pul-kredit və makroiqtisadi siyasət aparılır: "Bu siyasət müvafiq orqanlarla, ilk növbədə Maliyyə Nazirliyi ilə yaxşı koordinasiya olunb".