Ali Məhkəmənin sədri: "Vətəndaş bankdan krediti hansı valyuta ilə götürübsə, o valyuta ilə də qaytarmalıdır" | Banco.az

Ali Məhkəmənin sədri: "Vətəndaş bankdan krediti hansı valyuta ilə götürübsə, o valyuta ilə də qaytarmalıdır"

Bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir

"Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir".

"Report"un xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

Ən sərfəli kredit üçün müraciət et

O bildirib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir: "Fikrimcə, vətəndaş krediti dollara götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir".

Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R.Rzayev bildirib ki, bu, vətəndaşın hüququnun pozulmasıdır: "Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir".