Azərbaycan Mərkəzi Bankı 4 günə banklara 241 mln. dollar satıb | Banco.az

Azərbaycan Mərkəzi Bankı 4 günə banklara 241 mln. dollar satıb

Azərbaycan Mərkəzi Bankı (AMB) son 4 iş günündə ölkədəki kommersiya banklarına ümumilikdə 241 mln. ABŞ dolları satıb.

Banco.az "Report"a istinadən xəbər verir ki, ötən həftənin cümə günü AMB 49 mln. dolllar, bu həftənin çərşənbə axşamı günü 94 mln. dollar (bazar ertəsi qeyri-iş günü olub), çərşənbə günü 37 mln. dollar, dünən, cümə axşamı isə 61 mln. dollar həcmində satış həyata keçirilib.

Satışın artmasının əsas səbəbi kimi dünya bazarında dolların mövqelərinin möhkəmlənməsi prosesinin davam etməsi ehtimalları və neftin qiymətinin yenidən azalmağa başlaması amilləri sadalanır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, dekabr ayında ABŞ-da uçot dərəcəsinin artırılması ehtimalının güclənməsi dollara olan tələbi artırıb. Ekspertlər dollar/avro məzənnəsinin ilin sonuna qədər paritetə çatacağını proqnozlaşdırırlar. Neft isə Çin iqtisadiyyatının zəifləməsi və İran neftinin bazara daxil olması gözləntiləri səbəbindən sürətlə azalmağa davam edir. Hazırda "Brent" markalı neftin qiyməti 44 dollar/barelə yaxınlaşıb. Belə davam edərsə, "Brent"in qiyməti yenidən 2008-ci ildəki 36 dollar/barel həddinə qayıdacaq.