Enqus Diton iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb | Banco.az

Enqus Diton iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb

İqtisadiyyat üzrə Nobel mükafatı Britaniya-ABŞ alimi, əslən şotland iqtisadçı Enqus Ditona verilib.

O, istehlak, yoxsulluq və rifahda gördüyü işlərə görə bu mükafata layiq görülüb.

Xatırladaq ki, laureatların mükafatlandırılması mərasimi dekabrın 10-da Stokholmda Nobel mükafatının təsisçisi Alfred Nobelin (1833-1896) vəfatı günü keçiriləcək. Ənənəyə görə, mükafatlar Alfred Nobelin vəfatı günü təqdim olunur.

Bu il mükafatın məbləği 8 mln. İsveçrə kronuna (972 min ABŞ dolları, 635,000 funt-sterlinq) bərabər olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Nobel mükafatına layiq görülənlərin adları oktyabrın 5-dən elan olunmağa başlayıb. Kimya üzrə Nobel mükafatını alan 3 alimdən biri də türk əsilli ABŞ vətəndaşı Əziz Səncərdir.

Diton haqqında "Cənab Diton makro və mikro-iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkşafı uğrunda xeyli işlər görüb. Onun gördüyü işlər bilavasitə inkşafetməkdə olan ölkələrin iqtisadiyyatına da böyük töhvələr verib". 

 

mənbə: telegraph.co.uk