Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) mikromaliyyə təşkilatlarına maliyyə resursların yönəldilməsi ilə bağlı Mərkəzi Banka müraciət edib.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu AMFA-nın İdarə Heyətinin sədri Süleyman Kələşov deyib.
S. Kələşovun sözlərinə görə, Mərkəzi Bank kommersiya banklarına maliyyə resursu ayırdığı kimi bank olmayan kredit təşkilatlarına (BOKT) da ayırmalıdır: "Çünki, bank olmayan kredit təşkilatlarının depozit və əmanət cəlb etmək hüququ yoxdur. Mərkəzi Bank da BOKT-lara bu səbəbdən resurs ayıra bilər. O zaman kredit faizlərinin aşağı düşməsinə nail olmaq olar", - deyə S. Kələşov bildirib.