"Neftin qiyməti 25-45 dollar arasında dəyişəcək" | Banco.az

"Neftin qiyməti 25-45 dollar arasında dəyişəcək"

Neftin əlverişli qiymət diapozonu ilk növbədə Çin iqtisadiyyatında böhranın səviyyəsindən asılıdır. Banco.az "Report"a istinadən xəbər verir ki, bunu Rusiya Qloballaşma və Sosial Hərəkatlar İnstitutu İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vasili Kotlaşov bildirib. 

"Neftin ən aşağı qiymətlərini göstərmək çətindir. Bu, Çində hansı qərarların qəbul ediləcəyindən və Çin sənayesinin tənəzzül səviyyəsindən asılıdır. Real sektorda geriləmə üçün zəmin artıq var, Çinin daşınmaz əmlak bazarı çöküb. Bunun ardınca tikinti sektorunda kollaps başlayacaq, bu isə dünyadakı polad və digər xammalın miqdarının 40%-i deməkdir", - V.Koltaşov qeyd edib. 

Onun sözlərinə görə, Çinin iqtisadiyyatında böyük bir dəyişiklik yetişməkdədir, lakin Pekinin müvafiq ehtiyatları mövcuddur: "Çinlilər böhranın inkişafının qarşısını ala bilərlər, buna görə də 1 barel neft üçün 35-45 ABŞ dolları üzrə aşağı qiymət diapazonunun olacağını gözləmək olar. Bu, çox əlverişli olardı, lakin qiymət aşağı da ola bilər - 25-35 dollar".

Ən sərfəli kredit üçün müraciət et

V.Koltaşovun sözlərinə görə, Çin hökumətinin özü milli iqtisadiyyatdakı böhrana səbəb olub. 

"İndi Çini xilas etmək axmaqlıq olardı, Çünki o özü-özünü xilas etməlidir. Heç kim onu dünya iqtisadiyyatında sabitliyi pozmağa vadar etmirdi. Onlar  daha əvvəl mövcud olan modeli qoruyub saxlamaq üçün bu addımı atıb. Mən Çində ciddi sosial sarsıntıların olacağını proqnozlaşdırıram", - mərkəzin rəhbəri vurğulayıb. 

Ən sərfəli krediti almaq üçün müraciət et