“Bir-başa cəhənnəmə: Günah, pozğunuq və milyardlıq sövdələr haqqında həqiqi hekayələr” kitabının müəllifi John Lefevre, həmçinin «Goldman Sachs liftində söhbətlər» adlı məşhur bloqun yaradıcısı bu günə qədər Uoll-Street maliyyəçiləri arasında hansı saatların məşhur olması ilə bağlı fikirlərini paylaşıb. Yalnız onlar külli miqdarda vəsaiti hansısa aksessuara sərf edib, cəmi bir ay keçməmiş onu itirə, ya oğurlada bilərlər.
Rolex
Azərbaycanda da kifayət qədər populyar olan bu marka, heç də pis seçim deyil, xüsusən də yeni başlayan maliyyəçilər üçün, Lefevre bele düşünür. Rolex-i seçərkən səhvə yol vermək çox çətindir, və yeganə səhv çalar, işdə əməkdaş olduğunuz halda, valideynlər tərəfindən yetkinlik yaşına çatmaq münasibəti ilə hədiyyə edilmiş eyni saatın taxilması ola bilər.
Bloqqer sizə Submariner, GMT və Sea-Dweller modellərini tövsiyə edir, bu markanın “qızıl standartı” isə paslanmayan poladdan olan Daytona hesab olunur. Lakin yüksək tələbin olması Rolex almaq üçün uzun növbələrdə dayanmağa sövq edir.
“Müəyyən bir mənada Rolex saatlarının sahibləri BMW 3 seriyasının sürücləri kimidir. Hamı başa düşür ki, sizin çoxlu pulunuz var, amma danışılası maraqlı heç nəyiniz yoxdur. Mənin ilk saatlarımdan biri Rolex Just Date olub, onu məndən oğurladılar, Londonda gecə saat 3-də hansısa barın çıxışında məni qarət edərkən götürdülər.”
Hublot
Levevrenin sözlərin əsasən 1980-ci illərdə yaranmış marka uzun müddət heç bir uğura nail ola bilməyib və yalnış yolla gedib və 2004-cü ilə qədər demək olar ki, “toz altında qalıb”. 2004-də kompaniyanın rəhbərliyi dəyişib. Hublotun yeni rəhbərliyi imic dəyişikliyi üçün qiymətləri qəfildən kəskin yüksəldib və brendin möhkəmlənməsi üçün məşhurları cəlb etməyə başlayıb.
Yeni strategiya öz bəhrəsini verib: növbəti 10 il ərzində şirkətin dövriyyəsi demək olar ki, 10 dəfələrlə böyüyüb. Başqa sözlə, dünya axmaqlarla doludur və onları içərisində özünü modabaz hesab edən avropalı bankirlərin sayı da az deyil.
Panerai
On doqquzuncu əsrin əvvəllərində Panerai italyan dəniz piyada qoşunlarına saat və ölçü cihazlarının çatdrılması ilə məşğul idi. Lakin marka özünün əsl məhurluğuna, Hollivud sayəsində, daha doğrusu Silvestr Stallone sayəsində qovuşdur, Stallone “Rembo” filmlərində çəkilərkən və digər televizya verilişlərində məhz bu markanın saatlarını taxırdı.
“Bu saatlar, döyüş-filmlərindən olan və öz həyat yoldaşlarına necə xəyanət etməkləri ilə öyünən oğlanlar üçündür.”
IWC
Lefevre IWC saatlarını «düşünən insanların saatı» adlandırır: onlar Nike əvəzinə New Balance idman çəkmələrinə üstünlük verən , Mercedes S klass əvəzinə Audi A8 sürən insanlardır.
Mən əylənməyə öz stamatoloqumla gedərdim, nəinki IWC sahibi ilə. Bu saat o insanlar üçündür ki, kimlərin ki arvadları onlara xəyanət edir.
Audemars Piguet
Levefre hesab edir ki, çətin bu saatlar kiminsə qoluna Jay-Z-yə yaraşdığı kimi yaraşsın, bu saat onun kimi hip-hop uldulzlarının və super-car sahiblərinin seçimi ola bilər. Beyonce və Timatinin mahnılarını isə vulqar hesab edir.
Richard Mille və Franc Muller
«Əcaib və möhtəşəm» — Lefevre iki marka haqqında belə qənaətdədir, lakin onlara sahib olmaq üçün gərək kompaniyadakı statusun yüksək olsun. Məhz Richard Mille markasından olan saata görə, Rusiyada Dmiti Perkov ilə bağlı böyük qalmaqal yaşanıb.
Əgər siz ən azından baş direktora hesab verən insanın tabeçiliyində deyilsinizsə, sizə belə saat olmaz.
Patek Philippe
Açıq aydın görünür ki, Lefevre bu brendin heyranıdır və onu bankirlər üçün ideal seçim hesab edir. Onun sözlərinə görə, bir vaxtlar onun da Patek Philippe saatı olub. Lakin saatı ala bilmək üçün iki il gözləməli olub. Cəmi bir ay sonra isə onu oğurlayıblar: Maliyyəçini gecə vaxtı, Honkonqda bardan çıxarkən qarət ediblər.
Əslində bəlkə də siz heç vaxt özünüzə Patek Philippe almazsınız. Siz, fikirləşərsiniz ki, bu saatlar daha çox yeniyetmələr üçün, bəlkə də gənc oğlunuza almaq istərsiniz. Çünki, şirkətin reklamları çox iyrəncdir, amma Patek Philippe bankirlər üçün ən arzuolunan saatlardır. Daha vacibi isə bu saatlar ideal vəsait yatırımıdır.
Swatch
Öz ucuz, plastik modelləri ilə məşhur olan Swatch qola taxıldıqda, uzun müddət bu mənanı verirdi: “mən sadəcə özümə çox da ciddi yanaşmıram”. Bu uzun illər belə davam etdi, o vaxta qədər ki, onları Goldman Sachs-ın direktoru Lloyd Blankfeyn taxmağa başladı, Lefevre bildirir.
Swatch brendinə aid, Blancpain saatları həm də Rusiya prezindeti Vladimir Putinin sevimli saatıdır.
Apple Watch
Lefevre: «Sussanız daha yaxşıdır».
Ümumiyyətlə saat taxmamaq — bu «yeni Patek»
Lefevrenin fikrincə, bu gün saatlar sadəcə vaxtı müəyyən etmək üçün deyil, həm də müəyyən bir mesaj ötürmək üçün taxılır. Vaxtı bilmək üçün isə, çoxlu sayda digər qurğular da vardır. Bəzi insanların ötürmək istədiyi mesaj yoxdur, bəziləri isə istəmir ki, həmin mesajı kimlərsə eşitsin.
Mənim bosum bir dəfə əməkdaşlarından birinin yeni Rolex Yachtmaster saatı ilə bağlı lovğalandığını eşidib: “Məndə bu saatdan var, onları yaxtamda saxlayıram”.
Bir dəfə isə məşhur amerikalı iş adamı və basketbol klub sahibi Mark Kuban deyib: “Zamanı idarə edən kəs üçün, saatın neçə olmasını bilməyə gərək yoxdur”.