9 ayda dövlət xətti ilə 371 milyon manat ipoteka krediti verilib | Banco.az

9 ayda dövlət xətti ilə 371 milyon manat ipoteka krediti verilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən kreditlərin həcmi açıqlanıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat ayı ərzində 370,7 milyon manat kredit verilib.

Bu, 2025-ci ilin eyni dövrü ilə (354,4 milyon manat) müqayisədə 16,3 milyon manat və ya 4,6% çoxdur. 

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 289,2 milyon manat (illik müqayisədə 5,6% az) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram