Kreditlərin reklamına yeni Qadağalar! | Banco.az

Kreditlərin reklamına yeni Qadağalar!

Ekspert Əkrəm Həsənovun bildirdiyinə görə ötən həftə qüvvəyə minmiş “Reklam haqqında” Qanun istehlak kreditinin reklamına dair sərt tələblər müəyyən edib. Həmin tələblər kredit təşkilatlarını vətəndaşlarımızı kredit şərtləri ilə qabaqcadan tam məlumatlandırmağa məcbur edir. Məlum olduğu kimi, bankların fırıldaqlarından biri reklamda istehlakçı üçün əhəmiyyətli məqamların gizlədilməsi, cəlbedici məqamların isə qabardılmasıdır.
Qanunun 33.4-cü maddəsinə əsasən bundan sonra belə reklamda kreditin hər hansı xərci (məsələn, faiz dərəcəsi) ilə bağlı məlumat verildikdə, istehlakçı aşağıdakılar barədə də məlumatlandırılmalıdır:
1) kreditin ümumi xərcinə daxil olan istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinin hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər;
2) kreditin müddəti;
3) kredit müəyyən malın alınması və ya xidmətlərin göstərilməsi ilə əlaqədar verildikdə, həmin mal və ya xidmət, onun nağd qiyməti və ilkin ödənilən məbləğ;
4) kredit müqaviləsinin bağlanması üçün əlavə xidmət müqavilələrinin bağlanması məcburi olduqda və həmin xidmətin qiyməti əvvəlcədən müəyyən edilə bilinmədikdə, həmin müqaviləni bağlamaq öhdəliyi.
Özü də bütün bu məlumatlar digər məlumatlardan kiçik olmayan və aydın şəkildə oxuna bilən ölçülərdə yayımlanmalıdır.
Çalışın ki, kredit götürməyəsiz. Götürməyə məcbur olduqda isə kredit reklamı ilə diqqətlə tanış olun! Sizin üçün əlverişsiz məqamların hamısı bundan sonra orada təsbit ediləcək. Edilməsə, banklar cəzalanacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et