“Elektron xidmət növlərinin Siyahısı”na dair qərara düzəlişlər edilib | Banco.az

“Elektron xidmət növlərinin Siyahısı”na dair qərara düzəlişlər edilib

Əmlak Məsələləri Dövlət Komitəsinin “Elektron xidmət növlərinin Siyahısı”nda yer alan elektron xidmətlərinin sayı 29-a çatıb.

Nazirlər Kabineti dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin siyahısını genişləndirib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Hökumətin qərarına əsasən, “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və Nazirlər Kabinetinin “Elektron xidmət növlərinin Siyahısı”na dair qərarına düzləşilər təsdiq edilib.

Ən sərfəli kredit üçün müraciət et

Dəyişikliklərə əsasən, “Elektron xidmət növlərinin Siyahısı”na “Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu” və “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı” bəndləri əlavə edilib.

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et