Ən böyük pay AccessBank-a çatacaq | Banco.az

Ən böyük pay AccessBank-a çatacaq

Asiya İnkişaf Bankının Azərbaycanın bank sektoruna ayırdığı 120 milyon dolların 75 milyon dollarını “AccessBank” alacaq. Bu barədə Banco.az portalı İnterfax agentliyinə istinadən məlumat verir.

Asiya İnkişaf Bankı (AİB) bu ilin Aprelində “Access Bank”, “Finca Azərbaycan” və “Dəmirbank”a kənd təsərrüfatının inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün 120 milyon dollar ayrılmasını təsdiqləmişdi. Kənd təsərrüfatının inkişafı üçün ayrılan bu vəsait kiçik fermerlərin və sahibkarların maliyyələşdirilməsinə yönəldiləcək, eləcə də digər sahələrdəki kiçik sabikarlar da bu vəsait üzrə kredit ala biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

120 milyon dollar kreditin 20 milyon dollarının “DəmirBank”a ayrıldığı məlumdur. Qalan 25 milyon dollar isə “Finca Azərbaycan”nın payına düşür.

Ən sərfəli krediti almaq üçün müraciət et