2015-ci ilin may ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 93,647 müqavilə qeydiyyata alınmışdır. Bunların 14,790-nı xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 6,9 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 1%, sığorta haqlarının məbləğində isə 6% artım müşahidə edilmişdir.
2015-ci ilin yanvar-may ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 397 min sığorta müqaviləsi bağlanmış və bu müqavilələr üzrə sığorta haqları 30,1 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 14,5%, sığorta haqlarının məbləğində isə 19,7% artım müşahidə edilmişdir