Mikro kreditlər və onları təklif edən banklarımız | Banco.az

Mikro kreditlər və onları təklif edən banklarımız

Biznes kreditləri  - insanlara yeni biznesə başlamaq, mövcud biznesi genişləndirmək, biznesdə istifadə olunacaq avadanlıqları almaq, xammal almaq və s. məqsəd ilə verilir. Yəni vəsait yeni bir işə yatırılır ki, siz də gələcəkdə həmin işdən daha çox səmərə götürəsiniz.

Biznes məqsədi ilə verilən kreditləri mikro kreditlər, kiçik və orta biznes kreditləri, həmçinin hüquqi şəxslərə verilən iri həcmli biznes kreditlərinə bölmək olar.

Mikro kreditlər daha kiçik məbləğli olub, kiçik təsərrüfat ilə məşğul olan şəxslərə verilir. Bu kreditlərin məbləği 100 AZN (USD)-dən başlayır və təxminən 16 000 AZN-ə qədər verilən kreditlər mikro kredit hesab olunur. Mikro Maliyyələşmə Assosiasiyasının saytına baxdıqda həmin rəqəmin 100 dollar və 20 000 dollar arasında götürüldüyünün şahidi oluruq.

Mikrokrediti təcili maliyyə dəstəyinə ehtiyacı olan fərdi sahibkarlar və kiçik biznes sahibləri götürürlər. Bu kredit, cari biznes məsələlərinin həllində, eləcə də şəxsi məqsədlər üçün olduqca əhəmiyyətlidir.

Mikrokreditlərin əsas xüsusiyyəti onların alınmasında tezliyin və sadələşdirilmişdir şərtlərin mövcud olmasıdır. 

Mikro biznes kreditləri aşağıda qeyd olunan xidmət sahələrində çalışanlar üçün nəzərdə tutulub: 

  • Ticarət (ərzaq, təsərrüfat malları, dəftərxana ləvazimatları, geyimayaqqabı, toxuculuq, mebel,ev və ofis avadanlıqları, DVD, VCD, MP3 formatlı disk və kasetlər, mobil telefonlar, kosmetika,tikinti materialları, hədiyyələr, tibbi mallar, maşın ehtiyyat hissələri, ət və balıq ticarəti, meyvə və tərəvəz ticarəti, qızıl və zərgərlik məmulatları, dəmir və şüşə qəbulu, çantalar, santexnika malları,elektrik malları, yanacaqdoldurma məntəqəsi);
  • Nəqliyyat (taksi, yük daşıma xidmətləri, şəhərdaxili xətlərdə işləyən avtobus və mikroavtobuslar, şəhərlərarası avtobus və mikroavtobuslar, şəhərlərarası sərnişindaşıma);
  • Xidmət (kafe və restoran, təmir və texniki xidmət göstərən ustalar, avtomobilləri təmir edən və texniki xidmət göstərənlər, gözəllik salonları və bərbərlər, dönər, qamburqer və s. satanlar, professional xidmət, əyləncə, kirayə, foto studiyalar, poliqrafiya, fərdi hazırlıq müəllimləri, idman zalları, avtoyuma, dayanacaq, səsyazma və s.);
  • Kənd təsərrüfatı (ət və süd məhsulları, ticarət, quşçuluq və yumurta, arıçılıq, meyvə tərəvəz);
  • İstehsal (çörək və şirniyyat, ərzaq istehsalı, yüngül sənaye, dəmir və plastikdən hazırlanan məhsullar, taxtadan hazırlanan məhsullar, tikinti materiallarının istehsalı, zərgərlik, qəbir daşı, karxana, musiqi aləti istehsalı və s.);
  • Tikinti.

Bu kredit xəttin çərçivəsində Banklar əsasən aşağıdakı şərtlərlə mikrokreditlər verir:

Maliyyələşdirilən layihələr:

  • İnvestisiya layihələri;
  • Xidmət sahəsinə aid layihələr;
  • Əsas vəsaitlərin alınması;
  • Dövriyyə vəsaitlərinin alınması;

Kreditin girov təminatı

  • Daşınmaz əmlak;
  • Daşınar əmlak (məs, avtonəqliyyat, avadanlıq);
  • Şəxsi əmlakın girov qoyulması;
  • Anbarlardakı mallar;
  • Depozitlər;
  • Üçüncü şəxslərin zəmanəti;
  • Qiymətli metallar və zərgərlik əşyaları

Kredit müraciətinə baxılması üçün zəruri sənədlər:

Hüquqi şəxs olmayan sahibkarlıqla məşğul olan şəxslər:

  • VÖEN surəti;
  • Fiziki şəxs - sahibkarın notarial qaydada təsdiqlənmiş qeydiyyat şəhadətnaməsi;
  • Azərbaycan Respublikası Statistika Komitəsinin şəhadətnaməsinin notarial qaydada təsdiqlənmiş surəti;
  • Mövcud lisenziyaların notarial qaydada təsdiqlənmiş surətləri;
  • Son 12 ay üçün bütün bank hesablarından çıxarışlar;
  • Sahibkarlıq məqsədilə istifadə olunan bina və torpaq sahələrinin kirayəsi və onlardan pulsuz istifadə barədə müqavilənin surətləri;
  • Mikrokredit üçün qoyulan girov üzrə mülkiyyət hüquq şəhadətnaməsi;
  • Məqsədlər barədə məktub və ya kredit məhsulu və ya avadanlığı hesabına maliyyələşmə barədə müqavilə (surəti);
  • Bütün tələbat və öhdəliklərin siyahısı;
  • Öhdəliklərin yerinə yetirilməsini təsdiq edən əvvəlki kredit müqavilə (varsa) və sənədləri;
  • müddətin uzadılması və onlarla əlaqədar girov müqavilə əlavələri də daxil olmaqla mövcud kredit müqavilələri;
  • Son 24 ay üçün vergi bəyannaməsi və ya təsdiq olunmuş illik vergi hesabatları.

Mikro kreditlər daha çox bank olmayan kredit təşkilatlarının məşğuliyyət sahəsidir. Amma fiziki və hüquqi şəxslərə mikro kredit verən bankların sayı da az deyil.

Bankın adı

Mikro kreditin həcmi

FİFD

Aylıq

AccessBank

100 -30 000 USD

20,95% -43,36%;

1,58%-2,75%

BankofBaku

500 -30 000 AZN

22% - 50,87%

1,83% - 2,67%

Amrahbank

100 -20 000 AZN

28,16% - 34,02%

2,08%- 2,5%

Unibank

200 – 30 000 USD

32.38%- 66.04 %

2,00%-3,00%

Muğanbank

300 -10 000 AZN

24.13% - 38.26%

1.08%-3,00%

DəmirBank

500 -20 000 AZN

24,89% - 44,28%

1,90% başlayan

Bank Respublika

300 -20 000 AZN

AZN 30%
USD 23%

1.92%-2.25%

VTB Bank

1000-20 000 AZN

27,38% başlayan

 

Nikoil Bank

500 -100000 AZN

21,5 % - dan başlayaraq

 

Ən sərfəli kredit üçün müraciət et