Rabitəbank və CONTACT pul köçürmələri sistemindən xüsusi Aksiya! | Banco.az

Rabitəbank və CONTACT pul köçürmələri sistemindən xüsusi Aksiya!

Rabitəbank ASC və CONTACT pul köçürmələri sistemi “Bakı-2015” I Avropa Oyunları ərəfəsində müştərilər üçün “Bakı – 2015, Kontaktlılar, Avropalılar, Sizinkilər” şüarı altında xüsusi aksiyaya start verib.

31 May 2015-ci il tarixinədək davam edəcək aksiyada, CONTACT ödəniş sistemi vasitəsilə Rabitəbankın istənilən filialında pul köçürməsi edən bütün müştərilər hədiyyə qazanmaq şansı əldə edəcəklər. Aksiya çərçivəsində yaradılmış uduş fondu “Bakı-2015” Avropa Oyunlarının açılış mərasiminə 10 bilet və bağlanış mərasiminə 20 biletdən ibarətdir.    

Qaliblərin müəyyənləşdirilməsi üçün iki meyar əsas götürüləcəkdir: aksiya müddətində ən çox məbləğdə və 300 ABŞ Dollarından az olmayaraq ən çox sayda pul köçürməsi edən müştərilər qalib ola biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Aksiyanın qaliblərinə hədiyyələrin təqdimatı mərasiminin 5-10 iyun 2015-ci il tarixlərində keçirilməsi nəzərdə tutulub.

 22 il ərzində ölkədə kiçik və orta sahibkarlara maliyyə xidmətləri göstərən Rabitəbank ASC-nin filial şəbəkəsi ilə bura daxil olmaqla tanış ola bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et