Banco.az Mərkəzi banka istinadən Sizi kredit qoyluşunun sahələr üzrə strukturu ilə tanış edir.
İlk öncə qeyd edək ki, cari ilin ilk ayı ərzində iqtisadiyyata kredit qoyuluşunun həcmi 18579,8mln manat olmuşdur ki, onun da 5,5 %-i vaxtı keçmiş kreditlərdir. Vaxtı keçmiş kreditlərin həcmi isə 1030,9mln manatdır. Ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyata qoyulmuş kreditlərin həcmi 19,99%, gecikmiş kreditlərin həcmi isə 26,48% artmışdır.
Ötən ilin yanvar ayında olduğu kimi yenə də ən çox kredit ev təsərrüfatlarına verilib, onların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 22.46 % arataraq, 7724,1mln manata çatmışdır. Ev təsərrüfatlarına verilən kreditlərin real sektordakı xüsusi çəkisi isə 40,7%-dən 44,0%-ə yüksəlmişdir.
Ticarət və xidmət sektoruna yatırılan kreditlərin həcmi 19,76% artsa da, onların real sektordakı xüsusi çəkisi 14,3 olaraq qalıb.
Energetika, kimya və təbii ehtiyatlar sektoruna yatırımlaırn həcmi 17,44% azalaraq, 235,7 mln manat təşkil etmişdir. Onların real sektordakı xüsusi çəkisi isə 1,8-də 1,3% enmişdir.
Kənd təsərrüfatı və emal sahəsinə yatırımların həcmi 14,92% artaraq, 842,5mln-a çatmışdır. Buna baxmayaraq, bu sahəyə verilən kreditlərin real sektordakı xüsusi çəkisi 4,7%-dən 4,5%-ə enmişdir.
İnşaat və əmlak sektoruna edilən yatırımlarda 27,58%, Sənaye və istehsal sektorunun kreditləşməsində isə 9% artım qeydə alınıb. Sözü gedən sahələrin kreditləşməədəki xüsusi çəksi müvafiq olaraq, 13,7 və 10,8% olmuşdur.
Nəqliyyat və Rabitə sektoruna yatırılan kreditlərin həcmi isə 41,15% artmış, xüusi çəkisi 3,3%-dən 3,9-a yüksəlib.
İpoteka da daxil olmaqla əmlakın tikintisinə və alınmasına görə verilən kreditlərin həcmi 38,68% artmış, xüsusi çəkisi isə 5,7-dən 6,6%-ə yüksəlmişdir.