Bank of Baku, 21 yaşın mübarək! | Banco.az

Bank of Baku, 21 yaşın mübarək!

Bu gün Azərbaycanın  ən yenilikçi, innovativ, dəyişikliklərə açıq və öz ənənələrinə sadiq Bankı olan Bank of Baku-nun 21 yaşı tamam olur.  Bu münasibət ilə biz, Banco.az komandası olaraq, Bank of Baku ailəsini və başda ailənin böyükləri olmaqla, bankın rəhbərliyini təbrik edir, onlara fəaliyyətlərində yeni uğurlar arzu edirik.

Ötən il Bank of Baku, Banco.az tərəfindən keçirilən “İlin Bankı” müsabiqəsində, istifadəçilər arasında ən çox səs toplayaraq, "İlin Bankı" nominasiyası üzrə qalib olmuşdur. Banco.az-ın rəhbəri Fərid İslamov bildirir ki, "Bank of Baku hər zaman Azərbaycan bankları arasında öz mövqeyinə görə və yenilikçiliyə meylliliyi ilə seçilib, bunu istər "start up"-lara dəstək, istər də media ilə sıx əməkdaşlıq baxımından qiymətləndirmək olar".

Bank of Baku rəhbərliyinə və xüsusən də marketinq departamentinə bizimlə etdikləri sıx əməkdaşlıq üçün təşəkkür edirik.

Bank haqqında qısaca

Bank of Baku, 1994-cü il 14 fevralda “Tuqay” bank adı altında Azərbaycanın ilk kommersiya banklarından biri kimi təsis edilib. Üç ildən sonra (1997.10.02)  bankın təsisçi qismində çıxış edən bir neçə fizik şəxs və həmçinin «Nab Dıs Ticaret» kompaniyasının qərarı ilə bankın adı dəyişdirilərək “Bank of Baku” olur.

Ən sərfəli kredit üçün müraciət et

2004-cü ildə Bank of Baku digər kommersiya bankı olan “İlkBank” ilə birləşir.

Bankın fəaliyyəti əsasən pərakəndə sektora yönəlib, bununla yanaşı Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılması istiqamətində səylə çalışır.

“Sizə yaxın bankçılıq”, “Bank of Baku”-nun - müştərilər və onların gündəlik qayğılarına mümkün qədər yaxın olmaq - fəlsəfəsini özündə cəm edir.

Bu gün Bank of Baku-nun baş ofisdən əlavə 24 filialı vardır ki. onlarda 8-i regionlarda 16-sı isə Bakıda yerləşir.

Bank of Baku- rəqəmlərdə son 2 il