Bank of Baku rəqəmlərdə: son 2 il | Banco.az

Bank of Baku rəqəmlərdə: son 2 il

Bank of Baku 2014-cü ilin dekabrına olan maliyyə nəticələrini açıqlayıb.

Başa çatan maliyyə ili ərzində Bankın aktivləri 12,41 %  artaraq, 748 milyon AZN-ə çatıb. Kredit portfelində böyümə 11,96 % olub. Hazırda Bankın kredit portfelinin həcmi 624 milyon AZN-ə çatıb.

Ötən illə müqayisədə Bankın faiz gəlirləri 25 % artaraq, 146 milyon manata çatıb. Faiz xərcləri isə 22% azalıb. Bankın qeyri-faiz gəlirləri 6% artdığı halda, qeyri faiz xərcləri 43% artmışdır. Qeyri-faiz gəlirlərində əməkhaqqı və kompensasiya ödənişləri də əhəmiyyətli yer tutur. Belə ki, Bank bu xərclər üçün 25,656 mln manat vəsait sərf etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

2014-cü il ərzində Bank 63 milyon mənfəət qazanıb, vergilər ödənildikdən sonra bankın mənfəəti isə 50,9 milyon təşkil edir. Bu isə ötən ilki göstəricidən 7,30 % daha çoxdur.

Bankın qiymətli kağızlar portfeli isə 2,4 dəfə (140%) artıb

Daha ətraflı şəkildə infoqramda izləyə bilərsiniz.

Səmdarlar |Create infographics

Ən sərfəli krediti almaq üçün müraciət et