Apple şirkətinin maliyyə dəyəri 700 milyardı ötdü | Banco.az

Apple şirkətinin maliyyə dəyəri 700 milyardı ötdü

Çərşənbə axşamı baş tutan ticari əqdlərin nəticəsinə görə kompaniyanın ümumi dəyəri 710,8 milyard dollar olmuşdur. Apple kapitallaşma həcminə görə hazırda Microsoft-u iki dəfə qabaqlayır, belə ki, sonuncunun maliyyə dəyəri 347,5 milyard dollar təşkil edir.

Apple 2014-2015 maliyyə ilinin  ilk rübünün hesabatlarının dərcindən sonra, müsbət dinamika nümayiş etdirir. Hesabatlarda şirkətinin qazancının 29,5% artaraq, 74,6 milyard dollara çatdığı açıqlanır. Göstəricilərin artımına isə oktyabr dekabr aylarında iPhone smartfonlarının satışının rekord səviyyə çatması - 74,5 milyon ədəd iPhone satışı rəvac vermişdir.

Ən sərfəli kredit üçün müraciət et