2014-cü il Azər-Türk Bankın tarixində bir çox dəyişikliklər ilə yadda qaldı. Bu sırada həm Bankın məcmu kapital tələbini yerinə yetirməsi, həm də səhmdarlarının və rəhbərliyin tərkibinin dəyişməsini də qeyd etmək olar.
Bankın nizamnamə kapitalının artımı təbii ki, onun balansında da dəyişikliklərə səbəb olub. Beləliklə, 2013-cü illə müqayisədə Azər-Türk Bankın cəmi kapitalı 225% faiz artıb və hazırda 54, 533 mln manat təşkil edir. Bankın aktivlərinin həcmi də 211% artaraq, 294,043 mln-a çatıb. Bankın xalis kredit porfelində də əhəmiyyətli artım qeydə alınıb, kredit porfelinin həcmi 220% artaraq, 208, 442 mln manata çatıb.
Depozit portfelində isə artım elə də böyük olmayıb. Tələbli depozitlər 11%, müddətli depozitlər isə 2% artıb.
2013-cü illə müqayisədə 2014-də Azər- Türk Bankın faiz gəlirləri 52% artıb, faiz xərclərində isə əksinə 7% azalma qeydə alınıb. Bankın komisyon və haqq gəlirlərində də əhəmiyyətli artım qeydə alınıb.
Lakin buna rəğmən 2014-cü ildə bankın xalis mənfəəti bir öncəkindən 95% daha az, yəni 80,195 min manat olub. Bunun əsas səbəbi Bankın xüsusi ehtiyat xərclərinin demək olar ki, 8 dəfə artması ilə bağlıdır. Əgər 2013-cü ildə xüsusi ehtiyatlar üçün ayrılmış məbləğ cəmi 943,792 min manat idisə, 2014-cü ildə bu rəqəm 8, 232 mln manat təşkil edib.