İndi “20-ci sahə” yaşayış massivi, Sahil, Lökbatan, Bayıl, Badamdar qəsəbələrinin və paytaxta yaxın rayonların sakinləri Unibank-ın xidmətlərindən çox rahat şəkildə istifadə edəcəklər. Çünki bankın 9 saylı filialı (“Bayıl”) daha geniş ofisdə fəaliyyətini davam etdirir. Müştərilərə xidmətin keyfiyyətini yüksəltmək və bank məhsulları və xidmətləri ilə daha yüksək səviyyədə təmin etmək üçün, “Bayıl” filialının köçdüyü yeni ünvan əvvəlki ünvandan çox da uzaq deyil. Səbail rayonu, Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişməsi, bina 19-da (74-cü mədənin ərazisi) yerləşən filial, avtobus dayanacağına yaxındır və müştərilər vaxt itirmədən bir neçə dəqiqəyə filiala müraciət edə bilərlər. “Azpetrol” YDM və Səbail DYP-nin yaxınlığında yerləşən filial, Salyan şossesinin üzərində yerləşməklə, yaxın rayonların əhalisi üçün də çox münasib ünvandadır.
9 saylı filial yeni ünvanda vətəndaşlara kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları daxil olmaqla, bütün bank xidmətlərini göstərir. Vətəndaşlar filialdan nağd kreditlər və mikro kreditlər götürə bilərlər. Unibank-ın xidmət və məhsullarından istifadə etmək istəyən hər kəs həftənin 6 günü səhər saat 09.00-dan 17.00-dək “Bayıl” filialına müraciət edə bilər.