Ultra varlıların sayı rekord səviyyəyə çatdı | Banco.az

Ultra varlıların sayı rekord səviyyəyə çatdı

30 milyon dollardan çox aktivə sahib olan varlıların sayı 211 mini keçərək rekord səviyyəyə çatdı.

Dünya miqyasında ultra varlılar rekord səviyyəyə çatdı. Wealth-X və UBS-in Dünya Sərvət Hesabatına görə, 30 milyon dollardan çox aktivə sahib olan varlıların sayı bu il rekord səviyyəyə çatdı.

Ultra varlıların sayı 211275-ə qalxarkən, yalnız iyun ayında 12040 nəfər siyahıya daxil oldu. Ümumilikdə varlıların sayı 6% artım qeyd etdi. Varlıların 183810-u kişi, 27465-i isə qadındır.

Ən sərfəli kredit üçün müraciət et

Varlıların əllərindəki pul miqdarına nəzər saldıqda ortaya olduqca maraqlı bir mənzərə ortaya çıxır. Ultra varlıların ümumi sərvəti 7% artaraq 30 trilyon dollara çatdı. Bu rəqəm 17 trilyon dollarlıq ABŞ iqtisadiyyatının böyüklüyündən demək olar ki, iki dəfə çoxdur.

Ultra varlılar yetkin əhalinin 0,004% -ni təşkil etməsinə baxmayaraq, dünya sərvətinin 13% -nə nəzarət edir.