“Qərbin sanksiyaları rublun dəyərdən düşməsinə gətirib çıxarıb. 2015-ci ilin martında artıq dollar 200 rubl təşkil edəcək”.
Bunu “Finam Mecment”in ekspertləri bəyan edib. Bildiriblər ki, Rusiya növbəti ilə çətinliklə çıxacaq: “Yeni ildən sonra iqtisadiyyatda bərpa başlayacaq. Bu, qorxulu deyil. Ən qorxulusu odur ki, dollar 200 rubla qədər yüksələcək.
Onu da bildirək ki, Rusiyanın Mərkəzi Bankı noyabrın 10-dan rublun məzənnəsinə müdaxiləni minimuma endirən qərar qəbul edib.Bununla belə Rusiya Bankı valyuta müdaxiləsindən tam imtina edilməyəcəyini bildirib. Ölkədə maliyyə sabitliyinə təhlükə yarandığı təqdirdə Mərkəzi Bank məzənnəyə müdaxilə hüququnu özündə saxlayıb.