Pis müdir əməkdaşların iş həyatına və onların fiziki, əqli sağlamlığına zərər yetirir.
Bunu Harvard Tibb Məktəbinin araşdırmaçıları deyiblər.
Onların sözlərinə görə, müdirin pis xasiyyəti əməkdaşların fərdi işinin nəticələrinin və ümumilikdə təşkilatın səmərəliliyinin yaxşılaşmasına kömək etmir.
Pis müdir hətta əməkdaşlarda ürəktutması riskini artırır. Belə müdirlə gündəlik ünsiyyət saxlamaq məcburiyyəti də işçinin təzyiq və yuxu problemləri ilə üzləşməsinə səbəb olur.
Bundan əlavə, işçi zərərli vərdişlərə - siqaret çəkməyə, spirtli içki qəbul etməyə meyilli olur.
Trend