Kadr kargüzarlığının düzgün aparılması vacibdir | Banco.az

Kadr kargüzarlığının düzgün aparılması vacibdir

Təşkilati-hüquqi mülkiyyət formasından və say tərkibindən asılı olmayaraq, hər bir təşkilatın ayrılmaz hissəsi olan kadr kargüzarlığı savadlı şəkildə həyata keçirilmədən heyətin idarə edilməsi mümkün deyil. İstənilən təşkilatın kadr sənədləri qanunla müəyyən edilmiş qaydada tərtib edilməlidir. Onlardan yalnız kadrlar şöbəsinin və ya heyətlə iş üzrə xidmətin işində istifadə olunmur, əmək haqqının, pul mükafatlarının, məzuniyyət pullarının hesablanması üçün mühasibat işçilərinin də bu sənədlərə ehtiyacı var. Əmək və vergi müfəttişliyi kadr sənədlərini yoxlaya bilər, Əhalinin Sosial Müdafiəsi Fonduna təqdim etmək və ya qanunvericilikdə nəzərdə tutulmuş imtiyazların alınması üçün işçilərin özlərinin onlara ehtiyacı ola bilər. Əmək və vergi qanunvericiliyinin tələblərinə riayət olunmasının təmin edilməsi üçün kadr kargüzarlığının təşkili zəruridir.

Ən sərfəli kredit üçün müraciət et

Məhkəmədə əmək mübahisələrinin həlli zamanı kadr sənədlərindən yazılı dəlil kimi istifadə oluna bilər və onların olmaması işə götürən üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Kadr işində əhəmiyyətsiz şeylər olmur! İstənilən səhv və ya yanlış göstərilmiş məlumat işə götürənlər üçün çox ciddi hüquqi nəticələrə gətirib çıxara bilər. İşə götürən və işçi arasında savadlı şəkildə tərtib edilmiş əmək münasibətləri işə götürənləri vicdansız işçilərdən və yoxlama orqanlarından qoruya bilər.

cacs.az