Qurban Bayramı günlərində hansı Banklar işləyəcək? | Banco.az

Qurban Bayramı günlərində hansı Banklar işləyəcək?

Qurban bayramı ilə əlaqədar qarşıdakı 4 gün qeyri-iş günüdür. 

Nazirlər Kabinetinin qərarına əsasən 4-5 oktyabr Qurban bayramıdır. Əmək Məcəlləsinə əsasən 4 və 5 oktyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 6 və 7 oktyabr tarixləri qeyri-iş günü olacaq.
 
İstirahət günlərində əhalinin bank xidmətlərinə daha çox ehtiyac duyduğunu nəzərə alaraq, bəzi banklar bayram günlərində də fəaliyyət göstərəcək. 

Kapital Bank

Müqəddəs Qurban bayramı ilə əlaqədar Kapital Bankın filialları 4-5 və 6 oktyabr tarixlərində işləməyəcək. 
Oktyabrın 7-də filiallarımız saat 10:00-dan 15:00-dək xidmətinizdə olacaq.

Unibank

Artıq Qurban bayramlarında Unibank-ın iş rejimi məlumdur. Oktyabr ayının 4-də şənbə günü işləyən filiallar üçün iş günü olacaq, oktyabrın 5, 6 və 7-i isə Bank-da qeyri-iş günləridir.

Ən sərfəli kredit üçün müraciət et

Rabitəbank

Qurban Bayramı ilə əlaqədar olaraq şənbə, bazar və bazar ertəsi günləri qeyri iş günləridir, çərşənbə axşamı isə filiallarımız 9.00-14.00-dək müştərilərimizin xidmətində olacaq.

TuranBank

Bayram günləri ilə əlaqdar olaraq, Oktyabrın 4-6-sı iş günü sayılmır, 7 oktyabr saat 10:00-14:00 dək kredit ödənişləri qəbul olunur, ayın 8-dən isə rəsmi iş günləri başlayır.

Bank of Baku

Oktyabrın 4-ü, şənbə günü filiallarımız saat 09:00-dan 17:00-a qədər fasiləsiz olaraq tam rejimdə fəaliyyət göstərəcək. 5,6,7 oktyabr isə Bankda qeyri-iş günləridir.

ASB Bank

Bankımızın "Park Bulvar" filialımız bayram günlərində əvvəlki iş rejimində işləyəcək.

Yapı Kredi Bank  Azərbaycan

.Bayram günləri siz Bankımızın xidmətlərindən Nərimanov filialından yararlana bilərsiniz.