KPMG beynəlxalq audit şirkəti “Bank Technique”in 2013-cü ilin yekunlarına dair audit hesabatını tamamlayıb.
Auditin nəticələrinə görə, Bankın mənfəəti hesabat dövründə 15,721 mln. manat təşkil edərək, Bankın tarixində rekord nəticə müəyyən edib. Müqayisə üçün bildirək ki, 2012-ci ildə bu göstərici 4,495 mln. manat təşkil etmişdir.
Bankın aktivləri il ərzində 64,202 mln. manat artaraq 2013-cü ilin yekununda 503,004 mln. manat olub.
Ötən ildə fiziki şəxslərin müddətli depozit portfeli öz artım dinamikası ilə fərqlənərək, 71,809 mln. manat artaraq 142,639 mln. manata bərabər olub.
Beynəlxalq auditorlar həmçinin qeyd edirlər ki, Bankda kredit portfelinin yaxşılaşdırılması istiqamətində görülən işlər sayəsində kapital göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlib. Hesabat dövründə, Bankın məcmu kapitalı 61,985 mln. manat təşkil edib ki, 2012-ci ildə bu göstərici 30,186 mln. manata bərabər olmuşdur.
Audit hesabatında Bankın kapital adekvatlığı üzrə bütün qanunvericilik normalarına riayət etməsi də bildirilir. Kapitalın adekvatlıq göstəricisi ötən ildə 13,23% təşkil edib, 2012-ci ildə isə bu göstərici 8.35% olub.
Qeyd edək ki, yüksək maliyyə göstəriciləri sayəsində, “Fitch” beynəlxalq reytinq agentliyi “Bank Technique”in reytinqini “Stabil” proqnozla “B-” səviyyəsinə qədər yüksəldib.
Ötən ildə “Bank Technique”in uğurları bir sıra beynəlxalq və yerli təşkilatlar tərəfindən qiymətləndirilib. Bank “İlin bankı”, “Ən innovativ bank”, “Ən dinamik inkişaf edən bank” nominasiyalarında ümumilikdə 6 mükafata layiq görülüb.
Məlumat üçün:
1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.
Hazırda “Bank Technique”in 32 filial və 16 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.
Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.