Müəllif:Mehin Qasımova,Banco.az
Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb.
Banco.az xəbər verir ki, Financial Times qəzetinin məlumatına görə, geriləmə səhmləri birjada satılan altı böyük şirkəti əhatə edib.
Buna səbəb Çində lüks məhsullara tələbatın zəifləməsidir.
Bunlara "Kering", "Richemont", "Prada", "Moncler", "LVMH" və "Hermes" daxildir.
Ən böyük itkilər "LVMH" və "Hermes şirkətlərində" qeydə alınıb. Belə ki, LVMH-nin bazar kapitallaşması 131,6 milyard avro, Hermes-in isə 93,3 milyard avro azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
